USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanın xarici işlər naziri üçtərəfli bəyanatda ölkəsi üçün yeganə müsbət olan məqamı açıqlayıb


  • Dünya
  •  14:28 26.11.2020
  •  299
https://img.baki-baku.az/news/2020/11/photo_1895.jpg

Ermənistanın yeni təyin edilmiş xarici işlər naziri Ara Ayvazyan jurnalistlərin Azərbaycanın, Rusiyanın və Ermənistanın liderilərinin 10 noyabrda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imzaladıqları üçtərəfli bəyanatda Ermənistan üçün hansısa müsbət maddənin mövcud olub-olmadığına dair sualı cavablandırıb. O, yalnız müharibənin bitməsini pozitiv məqam kimi qeyd edib. 

"Baki-Baku.az" erməni mediasına istinadən xəbər verir ki, A.Ayvazyan ölkəsi üçün döyüş meydanından fərqli olaraq diplomatiyada uğursuzluğun yaşanmadığını vurğulayıb.

"Döyüş meydanında uğursuzluq oldu, düzgün qiymət vermək lazımdır, bizim qəhrəmanlarımız qeyri-bərabər qüvvələrlə mübarizə apardılar", - deyən diplomat eyni zamanda bildirib ki, bundan sonra qarşıda duran başlıca vəzifə durumun stabilləşməsidir. 

"Baki-Baku.az"

 




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Dünya