USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Kommersant": Kimlərsə qəsdən Putinlə Makronun arasını vurur


  • Dünya
  •  12:27 26.11.2020
  •  324
https://img.baki-baku.az/news/2020/11/photo_1886.jpg

Bəzi adamlar Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasındakı qarşılıqlı inama əsaslanmış münasibətləri pozmaq istəyirlər. "Baki-Baku.az" xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti Moskvadakı diplomatik mənbəsinə istinadən yazıb.

Mənbə bildirib ki, Fransada Rusiya-Fransa dialoqunun konstruktiv xarakteri ilə razılaşmayan dairələr var. "Bu dairələr Rusiya ilə bağlı zərərli mühit formalaşdırmağa çalışırlar. Onlar ən alçaq vasitələrdən, hətta birbaşa şər və böhtandan da istifadə edirlər", - deyən mənbə əlavə edib ki, Rusiya hakimiyyəti belə spekulyasiyalara son qoyulmasını gözləyir. 

Diplomatik mənbə onu da vurğulayır ki, Putin və Makron arasındakı telefon danışıqlarının stenoqram mətninin yayılması beynəlxalq protokollara də diplomatik etikaya ziddir. Ancaq son aylar bu, artıq ikinci dəfədir baş verir. Kimlərsə bunu qəsdən edir. 

Qeyd edək ki, Moskvada böyük hiddətlə qarşılanmış məqalə fransız qəzeti "Challenges"də noyabrın əvvəlində yer alıb. Orada diplomatik mənbəyə istinadən bildirilib ki, Putin Parisdən "Sputnik V" peyvəndinin hazırlanması üçün kömək istəyir. O da iddia olunub ki, Makron cavab verməkdən yayınıb və məsələnin alimlərlə müzakirəsinə ehtiyacın duyulduğunu vurğulayıb. Kremlin mətbuat xidməti isə Putin və Makronun telefon danışığı zamanı koronavirusa qarşı mübarizədə əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin, o cümlədən vaksinin hazırlanmasında elmi mərkəzlər arasındakı əlaqələrin müzakirəsinin aparıldığını bildirib. 

Buna qədər isə konkret olaraq sentyabr ayında Fransanın "Le Monde" nəşri Putinin Makronla telefon danışığında guya müxalifətçi Aleksey Navalnının məlum olmayan səbəbdən özü zəhər içdiyini bildirməsindən yazıb. Qəzet eyni zamanda iddia edib ki, Putin Navalnıya nifrətlə yanaşıb və onu internet üzərindən oyun quran adam adlandırıb. 




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Dünya