USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Polşanın Rusiyadakı Səfirliyində Xatın faciəsi ilə bağlı faktların təhrifinə görə qəzəbləniblər


  • Dünya
  •  11:07 25.11.2020
  •  279
https://img.baki-baku.az/news/2020/11/photo_1864.jpg

Polşanın Rusiyadakı Səfirliyi Moskvanı Xatın meşəsindəki hadisələrlə bağlı faktları təhrif etməkdə günahlandırıb. Bununla əlaqədar mətn diplomatik missiyanın saytında yer alıb.

"Baki-Baku.az" Rusiya mediasına istinadən xəbər verir ki, rəsmi Varşavanı bu günlərdə Tverdə keçirilmiş və Rusiya-Polşa münasibətlərinə həsr olunmuş konfransda Xatın cinayətinə dair faktların təhrifinə yönəlmiş fikirlər qəzəbləndirib. "Bizim fikrimizcə, konfransda deyilənlər "NKVD"ni (SSRİ Xalq Daxili İşlər Komissarlığı -red.) Xatın cinayətində günahdan yayındırmağa, cinayətə görə Stalinin ürəli sürdüyü ittiham versiyasını qabartmağa, günahı nasist Almaniyasının boynuna qoymağa hesablanmışdı", - deyə Səfirlik eyni zamanda İkinci Dünya Müharibəsi ilə bağlı tarixi həqiqətlərə köklənməyə çağırış edib. 

Qeyd edək ki, 1940-cı ildə Rusiyanın Smolensk vilayətinin mərkəzindən 20 kilometr uzaqlıqda yerləşən Xatın meşəsində "NKVD" orqanları tərəfindən 1939-cu il hərbi əməliyyatlarında iştirak etmiş təxminən 4500 polşalı zabit güllələnib.

1930-cu illərdə Xatın meşəsində həmçinin Stalin represiyalarına məruz qalmış 6000-dən çox SSRİ vətəndaşı basdırılıb. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Dünya