USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bayden prezidentliyinin ilk 100 günündə nələri edəcəyini açıqladı


  • Dünya
  •  09:46 25.11.2020
  •  315
https://img.baki-baku.az/news/2020/11/photo_1862.jpg

ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkilərində qələbə qazandığını elan edən Demokratlar Partiyasının namizədi Cozef Bayden prezidentliyinin ilk 100 yüz günündə həyata keçirəcəyi tədbirlər haqqında söz açıqb. "Baki-Baku.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, başlıca olaraq iki istiqamət üzərində dayanıb - miqrasiya islahatları və koronavirusla mübarizə. 

C.Bayden Birləşmiş Ştatların hazırda fəaliyyətdə olan dövlət başçısı Donald Trampın qüvvədə olan bir neçə fərmanını lğv edəcəyini vurğulayıb. Onun fikrincə, bu fərmanlar nəticəsində reallaşdırılmış tədbirlər iqlimə və insanların sağlamlığına ziyan vurub. 

Bayden həmçinin Trapmla bağlı tədqiqatların aparılacağını deyib və bunu Amerika cəmiyyətində özünəinam hissini qaytarmaq istəyilə əsaslandırıb. 

Yeni seçilmiş prezident eyni zamanda vurğulayıb ki, onun hakimiyyəti dövrü heç də özünün 8 il vitse-prezident kimi çalışdığı Barak Obamanın prezidentiliyinin üçüncü müddəti olmayacaqdır. "Biz indi tamamilə yeni dünya ilə üzləşmişik. Prezident Tramp landşaftı dəyişib. Hazırda bu Amerika ilk növbədə "təklikdə qalmış Amerika"dır", - deyə Bayden fikrinə aydınlıq gətirib. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Dünya