USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı qorxunc gizli STATİSTİKA


  • Dünya
  •  10:40 17.11.2020
  •  306
https://img.baki-baku.az/news/2020/11/photo_1759.jpg

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 nəfər müvafiq orqanlara müraciət edib.

“Report” xəbər verir ki, bu barədə “News.am”a Ermənistan polisinin rəhbəri Vaqe Kazaryan bildirib.

O, qeyd edib ki, 2017-2020-ci illərdə ümumilikdə 22 277 nəfər vətəndaşlıqdan imtina üçün dövlət qurumlarına müraciət edib. Onlardan 6 576 nəfəri 2018-ci ildə, 7 138 nəfəri 2019-cu ildə, 3 313 nəfəri isə 2020-ci ildə yazılı şəkildə ölkənin vətəndaşı olmaq istəmədiyini açıqlayıb.

“News.am” Ermənistan vətəndaşı olmaq istəyənlərin də azaldığını açıqlayıb. Agentliyin məlumatına görə, vətəndaşlıqdan çıxmaq istəyənlərin ümumi sayı 4 165 nəfər təşkil edir, bu, vətəndaşlıq almaq istəyənlərin sayından 23 faiz çoxdur.

“Nikol Paşinyan və onun komandasının üzvlərinin heç vaxt bu göstəricilər barədə danışmamaları diqət çəkir. “Məxməri inqilab”ın lideri son iki il yarım müddət ərzində vətəndaşların Ermənistana “görünməmiş axını” barədə müxtəlif göstəriciləri açıqlayıb. Rəqəmlər göstərir ki, Ermənistana gələnlərin çox az hissəsi vətəndaşlıq almaq üçün müraciət edir, eyni zamanda on minlərlə insan Ermənistan vətəndaşlığından imtina edib”, - deyə agentlik bildirib.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya