USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Çavuşoğlu: Azərbaycan xalqı böyük dirəniş göstərdi


  • Dünya
  •  14:36 11.11.2020
  •  348
https://img.baki-baku.az/news/2020/11/photo_1707.jpg

“Qalan torpaqlar təqdim edilmiş cədvəl əsasında Azərbaycana geri qaytarılacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada və Bakıda keçirilən birgə ağacəkmə mərasimində bildirib.

M. Çavuşoğlu bildirib ki, ondan sonrakı dönəmdə həmin torpaqların canlanması olacaq: “Bundan sonrakı dönəmdə də biz qardaş Azərbaycanın yanında olacağıq. Azərbaycanla, qəhrəman Azərbaycan Ordusu ilə də fəxr edirik, qürur duyuruq. Türkün gücünü bütün dünyaya göstərdilər. Türkün güvəni bütün dünyada özünə qayıtdı. Buna görə də qürur duyuruq, fəxr edirik”, deyə Türkiyə XİN rəhbəri vurğulayıb. 

M.Çavuşoğlu həmçinin deyib ki, biz bir millətik və Azərbaycanı da canımız, qanımız olaraq görürük: “Bu hamımızın ürəyindən gələn sözdür. Hər zaman Can Azərbaycanın yanında olduğumuzu söylədik. Amma bu, sadəcə sözlə deyil. Hər platformada Azərbaycanın bizə dəstək verdiyi kimi, biz də Can Azərbaycan dəstəyimizi göstərdik. Qəhrəman Azərbaycan Ordusu böyük mübarizə ilə işğal edilmiş torpaqları bir-bir geri aldı. Arada atəşkəslə bağlı razılaşmalar oldu. Azərbaycan diplomatik yolla da torpaqlarını geri almağa hazır olduğunu göstərdi. Amma işğalçı Ermənistan hər dəfə atəşkəsi pozdu. Həm də insanlıq cinayətləri, müharibə cinayətləri törədərək, mülki şəxslərə hücum edərək... Bu vəsiləylə Azərbaycan xalqına da minnətdarlığımı bildirmək istəyirəm. Üzərinə raketlər atılmasına baxmayaraq, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Ordusunun yanında duraraq böyük dirəniş göstərdi. Ermənistan bu atəşkəsi pozmağın bədəlini ağır ödədi və ən sonunda təslim olmaq məcburiyyətində qaldı. Halbuki biz illərdir eyni çağırışı edirdik ki, işğal etdiyi torpaqlardan çıxsın, sülhlə çıxsın. Amma Ermənistan bunu seçmədi. Nəticədə Azərbaycan böyük qələbə əldə etdi və edir”.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya