USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan axtarılır


  • Dünya
  •  09:52 11.11.2020
  •  364
https://img.baki-baku.az/news/2020/11/photo_1698.jpg

Bütün ölkə bu günlərdə baş nazir Nikol Paşinyanı və onun ailə üzvlərini axtarır. "Baki-Baku.az" xəbər verir ki, bu fikirlərin yer aldığı məqalə Ermənistanın "Qraparak" qəzetində yayımlanıb. 

Məqalədə bildirilir ki, Paşinyanı və ailə üzvlərini qəzəbli kütlənin əlinə vermək olmaz, amma insanların bilmək haqqıdır ki, özünün vəzifə səlahiyyətlərini tam şəkildə reallaşdırdığını söyləyən baş nazir haradadır. Qəzet Paşinyanın facebook vasitəsilə xalqa müraciət edərkən oturduğu yerin kifayət qədər alçaq tavanlı və pəncərəsiz olduğuna diqqət çəkib, eyni zamanda əlavə edib ki, telefonun kamerasıındakı görüntü otağın interyerinin bilinməsini çətinləşdirir. Bu isə ona görədir ki, insanlar baş nazirin yerləşdiyi yerdən xəbərsiz durumda qalsınlar.

Daha sonra nəşr öz mənbəsinin verdiyi məlumata görə, baş nazirin Müdafiə Nazirliyinin binasındakı bunkerdə qaldığını iddia edir və burada onun özünü qorunmuş hiss etdiyini vurğulayıb. Ailə üzvlərinə gəlincə, "Qraparaq" Paşinyanın iki qızı - Mariam və Şuşanın Ermənistanı tərk etdiyinə və Kanadada olduqlarına dair şaiyələrin gəzdiyinə diqqət çəkib. Həyat yoldaşı Anna Akopyan isə dünən yayılmış fotolarına görə, hərbi təlimdədir. Çünki onun əynində hərbi geyim var idi. Bununla belə Akopyanın harda olduğu da gizlin saxlanılmaqdadır. Ehtimal edilir ki, Paşinyanın həyat yoldaşı oğlu və kiçik qızı birlikdədir. 




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya