USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Zelenskidən Azərbaycana silah verilməsi ilə bağlı erməni iddiasına sərt cavab


  • Dünya
  •  14:16 03.11.2020
  •  336
https://img.baki-baku.az/news/2020/11/photo_1629.jpg

Ukrayna prezidenti Vladimir Zelenski onu Azərbaycana silah və hətta fosfor bombası verməkdə günahlandıran erməni əsilli rusiyalı rejissor Sarik Andreasyana özünün Facebook səhifəsindən sərt cavab yazıb. Virtualaz.org xəbər verir ki, Ukrayna prezidenti erməni rejissorun onun ölkəsi haqda başqalarının hazırladığı feyklərdən istifadə etdiyini deyib. Və onun Ukraynada müharibə gedəndə və onlarla erməni əsilli Ukrayna vətəndaşı bu müharibədə həlak olanda səsini çıxarmadığını yada salıb.

Zelenski ilə şəxsən tanış və dost olan Sarik Adreasyan Ukrayna prezidentinin əlinin “erməni uşaqlarının qanına batdığını” da demişdi və onun bəyanatı Ukrayna ictimaiyyətində hiddətlə qarşılanmışdı.

“Başa düşürəm, Sarik, bu doğrudan da ağrıdır. Və əsl müharibənin nə olduğunu görəndə dəhşət səni bürüyür. Və istəyirsən ki, nəsə edəsən, çırpınasan ki, sənin evində bu baş verməsin. Elədirmi? Amma...Axı yadların feyklərinin daşıyıcısı olmaq rolunu gərək üzərinə götürməyəsən. Başa düşürəm ki, sən hansı təbliğatın, hansı total yalanın təsiri altındasan. Lakin səni qətiyyən başa düşmürəm. Çünki Ukrayna heç vaxt heç yerə fosfor bombası satmayıb. Ümumiyyətlə. Xüsusə də elə yerlərə ki, artıq qaynardır və çoxlu qızmış başlar var, hansı ki, orada “geosiyasi olaraq” nəyisə “həll etmək” istəyirlər. Belə iradlar və feyklər ilk dəfə meydana çıxmır, onların hamısını Ukrayna haqda yalan danışmaqdan mənfəət götürən eyni adamlar hazırlayır. Düzünü desəm, mənə çox kədərlidir ki, sən, evimin qapısını üzünə açdığım, mənim dəyərlərimi və daxili aləmimi gözəl bilən adam başqasının təbliğatına bu cür asanlıqla aldanmısan. Şəxsən mənim özümdən soruşmaq olmazdı? Ya yox?”.

Zelenski qeyd edib ki, Ukrayna münaqişələrə qarşıdır və eskalasiyanı dəstəkləmir, çünki özü yeddi ildir müharibə içindədir. Onun sözlərinə görə, rəssamlar və mədəniyyət xadimləri eskalasiyanın yumşaldılmasına çalışmalıdır, feyk yaymaqla məşğul olmamalıdır. Zelenski Ukraynada çoxsaylı erməni icmasının da yaşadığını yada salıb.

“Və hər halda Sarik, mənim sənə bir sualım var və onu məhz indi verməliyəm. Sual sadə deyil. Çünki dəyərlər, insaniyyət və səmimiyyət haqdadır. Müharibə Ukraynaya gələndə və bizim uşaqlarımız həlak olanda sən hardaydın? Erməni əsilli Ukrayna vətəndaşları bu müharibədə həlak olanda, onların sayı isə onlarladır, şəxsən sən niyə səsini çıxarmırdın? O vaxt şəxsən sən Ukraynaya qarşı təcavüz haqda nə dedin? Heç nə! Başa düşürəm. Çünki bu sənin müharibən deyildi! Bu gün isə sənin üçün qorxunc olub, çünki bu dəhşət artıq sənin evinə gəlib. Mənim üçün isə hər şey dəqiq və sadədir: mən ədalətli dünya istəyirəm. Və Ukrayna heç bir silah təchizatını dəstəkləmir. Yeri gəlmişkən hamıya silah təchiz edən digər məşhur ölkədən fərqli olaraq. Çünki müharibə onun üçün çörək və qandır”,-Zelenski bildirir.

Virtualaz.org




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Dünya