USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qazaxıstan aviaşirkətlərinə İranın hava məkanından istifadə etməmələri tövsiyə edilib


  • Dünya
  •  14:34 02.10.2024
  •  10
https://img.baki-baku.az/news/2024/10/photo_14958.jpg

Qazaxıstanın Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsi Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi ilə əlaqədar bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan aviaşirkətlərinə İranın hava məkanından istifadə etməmələri tövsiyə edilib.

Aviadaşıyıcılara alternativ marşrutlar seçmək, həmçinin bu regionda uçuşlarla bağlı əvvəllər göndərilmiş təlimatlara və tövsiyələrə riayət etmək təklif olunub.

“Air Astana” aviaşirkəti Yaxın Şərqdəki vəziyyətin diqqətlə təhlilinə və Qazaxıstan Aviasiya Administrasiyasının tövsiyələrinə əsaslanaraq, Dubaya uçuşları İranın hava məkanından yan keçməklə həyata keçirmək qərarına gəldiyini açıqlayıb.

 

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

 

Astana




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Dünya