USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Hizbullah” Həsən Nəsrullahın öldürüldüyünü təsdiqləyib


  • Dünya
  •  16:48 28.09.2024
  •  11
https://img.baki-baku.az/news/2024/09/photo_14887.jpg

“Hizbullah” hərəkatının mətbuat xidməti təşkilatın baş katibi Həsən Nəsrullahın İsrailin Beyrut ətrafına endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü rəsmən təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, mətbuat xidmətinin məlumatına görə, Seyid Həsən Nəsrullah “Hizbullah”a otuz ildən çox idi rəhbərlik edirdi.

Bir gün əvvəl Beyrutda təxminən on partlayış silsiləsi baş verib. İsrail hərbçiləri hücumların hədəfinin “Hizbullah”ın qərargahı olduğunu bildirib. İsrail ordusunun məlumatına əsasən, hərəkatın hərbi-siyasi rəhbərliyi arasında bölgə komandiri Əbu Əli Ridadan başqa heç kim sağ qalmayıb.

Xatırladaq ki, İsrail ordusu da Həsən Nəsrullahın sentyabrın 27-də Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib. Aviasiya zərbəsi “Hizbullah” rəhbərliyinin müşavirəsi zamanı endirilib. Təşkilatın bunkerlərini dağıtmaq üçün güclü bombalardan istifadə edilib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Dünya