USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Kommersant": "Qarabağ kartı" Trampın Prezident seçkilərində sülhməramlı imici üçün vacibdir


  • Dünya
  •  12:27 21.10.2020
  •  297
https://img.baki-baku.az/news/2020/10/photo_1487.jpg

ABŞ prezidenti Donald Trampın administrasiyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nizamlama prosesinə özünün töhfəsini vermək istəyir. "Baki-Baku.az" xəbər verir ki, bu fikri gündəmə Rusiyanın nüfuzlu "Kommersant" nəşri gətirib. 

Lakin "Kommersant"ın diqqət çəkdiyi məqam tamam başqadır. Nəşr Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın TASS-a müsahibələrində münaqişə ilə bağlı danışmaq üçün Moskvaya gəlməyə razılıq vermələri üzərində dayanıb.

Məlumdur ki, Azərbaycanın dövlət başçısı TASS-ın müxbirinin sualına cavab verərkən belə bir dəvətin olmadığını, danışıqlar üçün yalnız Moskvaya deyil, istənilən yerə getməyə hazır olduğunu vurğulamışdı. "Kommersant" iddia edir ki, ölkə rəhbərləri belə bir fikri işlətdikdən sonra Vaşinqton hərəkətə keçib.

Qəzet ABŞ-ın dövlət katibi Mayk Pompeonun Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə müzakirələr təşəbbüsünə toxunaraq bildirir ki, Tramp administrasiyası özünü effektiv sülhməramlı kimi göstərmək niyyətindədir. Konkret desək, "Qarabağ kartı" ABŞ-ın hazırkı dövlət başçısının qarşıdan gələn Prezident seçkilərindəki sülhməramlı imici üçün vacibdir. Ancaq Rusiya nəşri Ağ Evin bu yolla uğur qazanmasının asan olmayacağını da vurğulayıb.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya