- Daxili siyasət
- 10:15 25.09.2024
Rusiyanın Federasiya Şurası Valentina Matviyenkonu yenidən parlamentin yuxarı palatasının sədri seçib. Qərar yekdilliklə qəbul edilib. Məlumatı “İzvestiya.ru” verib.
Matviyenko 2011-ci ildən Sankt-Peterburqdan senator və Federasiya Şurasının sədridir.
Bundan əlavə, “Vahid Rusiya” partiyası Ali Şurasının səlahiyyətlərini icra edən Vladimir Yakuşev Federasiya Şurasının birinci vitse-spikeri seçilib.
P.ƏMİRCANOV
XQ