USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hindistanın Ukraynaya dair sülh planı yoxdur


  • Dünya
  •  10:15 25.09.2024
  •  8
https://img.baki-baku.az/news/2024/09/photo_14779.jpg

Hindistanın Ukrayna ilə bağlı sülh planı yoxdur, lakin münaqişənin hər iki tərəfi ilə əlaqə saxlayır və birindən digərinə məlumat ötürür. Bunu Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Nyu-Yorkdakı Asiya İctimai Siyasət İnstitutunda müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, Hindistan bir tərəflə apardığı danışıqları digər tərəflə bölüşür. “Mənə elə gəlir ki, hər iki tərəf bunu yüksək qiymətləndirir. Çünki dünyada hər iki tərəflə qarşılıqlı əlaqədə olmaq arzusu və ya imkanı olan ölkələr və liderlər çox deyil”, - deyə nazir bildirib.

Cayşankarın bəyanatı Hindistanın Baş naziri Narendra Modinin BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra verilib. Avqustun sonunda Modi Rusiya lideri Vladimir Putinlə telefonla danışıb. Bundan əlavə, onun milli təhlükəsizlik üzrə müşaviri Acit Doval Sankt-Peterburqa gedib və Putin tərəfindən qəbul edilib. O, Modinin göstərişinə əsasən, Zelenski ilə danışıqların təfərrüatlarını Rusiya prezidentinə şəxsən çatdırmaq üçün gəldiyini söyləyib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Dünya