USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident Lukaşenko: Belarus müharibəyə hazırlaşmalıdır


  • Dünya
  •  16:34 24.09.2024
  •  13
https://img.baki-baku.az/news/2024/09/photo_14762.jpg?v=MjAyNC0wOS0yNCAxNjo0NDo1OQ==

Belarus prezidenti Aleksandr Lukaşenko hələlik respublikaya qarşı müharibənin başlaması istiqamətində hər hansı tendensiya görmədiyini bildirib. Bununla belə, o hesab edir ki, müharibəyə hazırlaşmaq lazımdır. Məlumatı “Kommersant” verib.

Belarus prezidenti Brest vilayətindəki Obuz-Lesnovski hərbi poliqonunda müşavirə keçirib. Ona İHA sahəsində yeni məhsullar da təqdim olunub. O xatırladıb ki, respublika artıq 4 dəfə orduda islahatlar aparıb. İndi, onun sözlərinə görə, hakimiyyət “yəqin ki, beşinci dəfədir ki, öz silahlı qüvvələrinin modernləşdirilməsinə yaxınlaşır”.

“Köhnə formula: sülh istəyirsənsə, müharibəyə hazırlaş. Bir daha vurğulamaq istəyirəm ki, biz döyüşmək fikrində deyilik, döyüşmək istəmirik... Bütün bunlar artıq deyilib. Bizim rəqiblərimiz buna qulaq asır, amma öz işlərini görürlər. Bizə qarşı vuruşmağa hazırlaşanlar. Ona görə də biz müharibəyə hazırlaşmalıyıq. Allah nəsib etsin ki, bu müharibə baş verməsin”, - Aleksandr Lukaşenko bildirib.

Qeyd edək ki, iyulun 2-də Lukaşenko Ukrayna ordusunun sərhəddə aktivləşməsi ilə əlaqədar bəzi qoşun növlərinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini, iyulun13-də isə Ukrayna ilə sərhəddə gərginlik aradan qaldırıldığı üçün qoşunların daimi dislokasiya yerlərinə çıxarılmasını əmr edib. O, əmin edib ki, Belarus sərhədləri pozulmayana qədər nüvə silahından istifadə etməyəcək.

P.ƏMİRCANOV
XQ

 




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Dünya