USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avropa Komissiyası fermerlərə 120 milyon avro yardım ayıracaq


  • Dünya
  •  11:52 24.09.2024
  •  10
https://img.baki-baku.az/news/2024/09/photo_14750.jpg

Avropa Komissiyası Bolqarıstan, Almaniya, Estoniya, İtaliya və Rumıniyada yaz-yay aylarında əlverişsiz hava şəraitindən əziyyət çəkən fermerlərə 119,7 milyon avro maliyyə yardımı ayırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, həmin vəsaitdən Almaniya 46,5 milyon avro, İtaliya 37,4 milyon avro, Rumıniya 21,6 milyon avro, Bolqarıstan 10,9 milyon avro, Estoniya isə 3,3 milyon avro alacaq.

“Avropa İttifaqı bu yardıma ehtiyacı olan fermerlərlə güclü həmrəylik nümayiş etdirir. Fermerlərimiz iqlim dəyişikliyi ilə mübarizədə tək deyillər”, - deyə kənd təsərrüfatı üzrə Avropa Komissarı Yanuş Voytsexovski bildirib.

İlin birinci yarısında Avropada baş verən əlverişsiz hava şəraitinə İtaliyada isti və quraqlıq, Estoniya və Almaniyada şaxtalar, Bolqarıstanda isə quraqlıq və qasırğalar daxildir.

İyul ayında Avropa Komissiyası əlverişsiz iqlim şəraitindən təsirlənən Avstriya, Çexiya, Polşa və Portuqaliyadakı fermerlər üçün də 77 milyon avro ayırmışdı.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Dünya