USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İlon Mask iki il ərzində Marsa beş pilotsuz missiya göndərəcək


  • Dünya
  •  11:40 23.09.2024
  •  5
https://img.baki-baku.az/news/2024/09/photo_14713.jpg

SpaceX” kosmik şirkətinin sahibi İlon Mask bildirib ki, iki il ərzində Marsa beş pilotsuz “Starship” gəmisi göndərəcək.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Mask özünün “X” sosial platformasındakı səhifəsində yazıb: “SpaceX iki il ərzində Marsa təxminən beş ekipajsız “Starship” gəmisi göndərməyi planlaşdırır. Əgər onların hamısı təhlükəsiz yerə enərsə, dörd ildən sonra ekipajla missiyalar da mümkündür. Problemlərlə qarşılaşsaq, o zaman pilotlu missiyalar daha iki il təxirə salınacaq”.

Mask bu ilin əvvəlində bildirmişdi ki, ilk ekipajsız “Starship” gəmisi Marsa beş ildən sonra, ilk ekipaj isə yeddi ildən sonra buraxılacaq. Gəmini daşıyan raket iyun ayında dördüncü cəhdində dünya ətrafında tam sınaq səyahətini tamamladı, kosmosdan alovlu, səsdən sürətli qayıdış prosesindən salamat çıxdı və Hind okeanında əsaslı eniş nümayişini həyata keçirdi. Üstəlik, Mask bu onilliyin sonunda sərnişinlər və yüklərlə Marsa və Aya səyahət edə biləcək böyük, çoxfunksiyalı yeni nəsil kosmik gəmi yaratmaq məqsədinə çatmaq üçün “Starship”ə güvənir.

NASA bu ilin əvvəlində “SpaceX” şirkətinin “Starship” gəmisindən istifadə edərək Aya ekipajlı enişi həyata keçirəcək “Artemis 3” missiyasını 2026-cı ilin sentyabrına qədər təxirə saldı. NASA-nın məlumatına görə, buraxılış 2025-ci ilin sonuna planlaşdırılıb.

Yapon milyarder Yusaku Mayezava iyun ayında “SpaceX” şirkətinin “Starship” gəmisindən istifadə etməli olduğu Ay ətrafında şəxsi missiyasını raketin inkişafındakı qeyri-müəyyənlikləri əsas gətirərək ləğv etmişdi.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Dünya