USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransada polis zorakılığı: Peruəsilli şəxsi bölmədə döyüblər


  • Dünya
  •  19:19 20.09.2024
  •  11
https://img.baki-baku.az/news/2024/09/photo_14674.jpg

Parisin mərkəzində yerləşən polis bölməsində zorakılıq aktı baş verib.

AZƏRTAC xəbər verir ki, yerli mediada yayılan videoda bir nəfərin həbs edilərək nəzarətə götürüldüyü görünür. Saxlanılan şəxs əşyalarını təhvil verəndən sonra polis onun əllərini bağlayıb və başına güclü zərbələr endirməyə başlayıb. Bir az keçdikdən sonra digər polis məmuru yaxınlaşır və ona dəfələrlə şillə vurur.

Arxa tərəfdə isə digər polislər bu hadisəyə seyrçi mövqeyində baxırlar. Məlumatlara görə, döyülən 42 yaşlı şəxs peruəsillidir. O, təhqirə görə həbs olunub. Onun qolunun sındığı və şişdiyi videodan aydın görünür.

Bildirilir ki, hadisə ilə bağlı iki polis məmuru vəzifələrindən uzaqlaşdırılıb. Onları 7 ilədək həbs və 100 min avro cərimə gözləyir.

Bu hadisə bir daha onu göstərir ki, özünü “insan hüquqlarının müdafiəçisi” və “demokratiyanın beşiyi” adlandıran ölkədə heç də insan haqlarına məhəl qoyulmur, mülki şəxslərə qarşı şiddət və zorakılıq halları isə adi hal alıb.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya