USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Intel” çip istehsalı zavodunun inşasını təxirə salıb


  • Dünya
  •  14:52 17.09.2024
  •  33
https://img.baki-baku.az/news/2024/09/photo_14560.jpg

Çip istehsalı üzrə aparıcı kompaniyalardan biri olan “Intel” Almaniyanın Maqdeburq şəhərində yeni zavodun inşasını dayandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə kompaniyanın rəhbəri Pat Gelsinger bildirib. Onun sözlərinə görə, maliyyə çətinliyinə və qənaət proqramına görə layihənin inşası iki il gecikdirilə bilər.

Bundan başqa, Polşada inşası planlaşdırılan digər çip zavodu layihəsinə də fasilə verilib. Kompaniya yaxın gələcəkdə İrlandiyadakı istehsal müəssisəsi vasitəsilə Avropadakı potensialını artırmağı hədəfləyir.

Bildirilir ki, son maliyyə rübündə “Intel” bir milyard dollar zərərə uğradığını elan edib və analitiklər gələn ilin də qənaətbəxş olmayacağını gözləyir. Bu səbəbdən kompaniya 2025-ci ildə on milyard dollardan çox vəsaitə qənaət etmək istəyir. Avqustun əvvəlində 15 minə yaxın iş yerinin ixtisar olunacağı açıqlanıb ki, bu da şirkətin işçi qüvvəsinin təxminən 15 faizini təşkil edir.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya