USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türkiyə kəşfiyyatının rəhbəri Liviyaya səfər edib


  • Dünya
  •  15:32 06.09.2024
  •  26
https://img.baki-baku.az/news/2024/09/photo_14272.jpg

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Liviyanın paytaxtı Tripoliyə səfər edib və burada Afrika ölkəsinin liderləri ilə danışıqlar aparıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də səfər çərçivəsində Liviyanın Baş naziri Abdelhamid Dbeyba və bu ölkənin Dövlət Şurası başçılarının müavinləri Abdullah Lavi və Musa Koni Kalını qəbul ediblər.

Bundan əlavə, kəşfiyyat xidmətləri səviyyəsində də müzakirələr aparılıb.

Ankaradakı mənbələrin məlumatına görə, danışıqların gündəmində siyasi və hərbi məsələlər olub.

Kalın Liviyada milli barışığın tezliklə əldə olunmasına və həmrəylik mühitinin qorunub saxlanmasına ümid etdiyini bildirib.

MİT rəhbəri Liviyada sabitlik və sülhün vacibliyini vurğulayıb və Ankaranın Tripoli ilə gələcək əməkdaşlığa hazır olduğunu qeyd edib.

Qeyd edək ki, sentyabrın 4-də Ankarada Türkiyə və Misir liderləri arasında keçirilən danışıqlarda da Liviyadakı vəziyyət də müzakirə olunub.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Dünya