USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sentyabrın 5-dən Ermənistanda yeni konstitusiyanın müzakirəsinə start veriləcək


  • Dünya
  •  18:43 04.09.2024
  •  19
https://img.baki-baku.az/news/2024/09/photo_14199.jpg

Sentyabrın 5-də Ermənistanda yeni konstitusiyanın müzakirəsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bildirib.

Onun sözlərinə görə, sabah komissiyanın iclası keçiriləcək və iclasda Konstitusiya İslahatları Şurasının üzvü Daniel İoannisyanın konstitusiya reqlamentinə sabit səs çoxluğu ilə yenidən baxılması təklifi müzakirə olunacaq.

Nazir deyib ki, konstitusiyaya dəyişikliklər üçün referendum deyil, dəyişdirilə bilən konkret maddələrin müzakirəsi təklif olunub.

“Bu, müzakirə edəcəyimiz yeni bir məsələdir və Şura bununla əlaqədar qərar verəcək. 2027-ci ildə konstitusiya referendumunun keçiriləcəyi ilə bağlı ilkin təsəvvürlər var. O zamanadək hər şeyi təfərrüatı ilə, ictimai müzakirələr vasitəsilə, peşəkar ictimaiyyətlə işləmək üçün kifayət qədər vaxtımızın olması vacibdir”, - deyə nazir vurğulayıb.

O deyib ki, Şuranın üzvləri müxtəlif layihələrdə iştirak edən insanlardır, onlar hər şeyi sakit və hərtərəfli təhlil edə biləcəklər.

“Elə məsələlər var ki, biz onları artıq səsə qoymuşuq, müzakirə etmişik, lakin hələ görüləsi işlər çoxdur. Deyə bilərik ki, sabah yeni konstitusiyanın və yeri gəlmişkən, yeni ideyaların müzakirəsinə yeni start veriləcək”, - deyə nazir əlavə edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi




Redaktorun seçimi

Papikyan Cənubi Koreyada nə axtarır?
  • Daxili siyasət
  • 10:13 10.09.2024
Papikyan Cənubi Koreyada nə axtarır?
İran Rusiyaya qarşı, yoxsa “Sobhaniçilik”?
  • Daxili siyasət
  • 09:58 09.09.2024
İran Rusiyaya qarşı, yoxsa “Sobhaniçilik”?
Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”

Dünya