USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mnatsakanyan özü ilə Moskvadan Yerevana silah gətirir


  • Dünya
  •  18:59 12.10.2020
  •  343
https://img.baki-baku.az/news/2020/10/photo_1372.jpg

Ermənistan humanitar yardım adı altında qanunsuz olaraq ölkəyə silah-sursat gətirməyə davam edir. Və bu vaxt Ermənistana silah-sursat gətirən təyyarələr arasında Paşinyanın rəsmi səfərləri üçün nəzərdə tutulan dövlət bortundan da istifadə edilir. Qaçaqmalçı kuryerlərin rolunda isə onun hökumətinin üzvləri çıxış edirlər.

Virtualaz.org baş nazirin müavini Mqer Qriqoryanın və xarici işlər nazirinin müavini Şavarş Köçəryanın şəxsi bortunda silah-sursatın tədarükü barədə artıq məlumat verib. Baş nazirin müavini hökumət laynerində Rusiya silahlarının ilk partiyasını şəxsən müşayiət edib və bunun üçün Moskvaya birgünlük "işgüzar səfər" edib. Oktyabrın 4-də isə həmin hava gəmisi həmin marşrut üzrə ikinci reysi yerinə yetirib və bu dəfə kuryer rolu xarici işlər nazirinin müavini Şavarş Koçaryanın üzərinə qoyulub.

Məlumatlı mənbələrdən virtualaz.org-a verilən məlumata görə, bu dəqiqələrə silah-sursat Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlarda iştirak etmək üçün bu gün Moskvaya getmiş Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın təyyarəsinə yüklənir.

Mnatsakanyan tezliklə bu təyyarədə Ermənistana qayıtmalı və yeni silahlar partiyasını Yerevana çatdırmalıdır.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya