USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ICESCO Qərbdə “Quran”a münasibət mövzusunda seminar keçirib


  • Dünya
  •  10:35 10.07.2024
  •  35
https://img.baki-baku.az/news/2024/07/photo_13291.jpg

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Rabatda “Qərb və “Quran”: Gələcəyə doğru rasional yanaşma” mövzusunda ilk beynəlxalq seminar keçirib.

Təşkilatın saytı xəbər verir ki, seminar Almaniya Dialoq və Anlaşma İnstitutu ilə birgə təşkil edilib. Tədbirdə yüksəksəviyyəli beynəlxalq ictimai-siyasi xadimlər, Mərakeş Krallığında akkreditə olunmuş səfirlər, islamşünaslıq və dinlərarası dialoq üzrə ekspertlər iştirak ediblər.

Seminar “Qurani-Kərim”dən ayələrin oxunması ilə açılıb. Sonra ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin rəhbəri, səfir Xalid Fətəhəlrəhman seminarın mövzusunun dünya müsəlmanları üçün əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, tədbirin müxtəlif sessiyalarında ərəb və islamşünaslıq, eləcə də dinlərarası dialoq üzrə seçilmiş ekspertlər və alimlər qrupunun zəngin töhfələri olacaq.

ICESCO-nun Baş direktoru Salim Əl-Malik “Quran”ın insana olan dərin təsirini vurğulayaraq, onu öz ardıcıllarının xarakterlərinin və başqalarına münasibətin formalaşmasında ən təsirli kitab kimi xarakterizə edib. O vurğulayıb ki, seminarın mövzusu bəşəriyyətin rifahını təşviq etmək və təhlükəsizliyi, sülhü, birgəyaşayışı gücləndirmək kontekstində seçilib.

Əl-Malik bildirib ki, seminarda bütün Qərb sivilizasiyası irsinin və onun qlobal insan münasibətlərindəki təzahürlərinin “Quran”la münasibətlərdə geostrateji xüsusiyyətləri də müzakirə ediləcək. Bundan əlavə, Baş direktor bildirib ki, “Quran”ın bəlağətinin təbiətə və insan psixikasına möcüzəvi güclü təsiri haqqında müxtəlif şərqşünasların intellektual baxışları da təqdim olunacaq.

Baş direktor, həmçinin “Qurani-Kərim”ə qarşı böhtan kampaniyaları əleyhinə rasional yanaşmanın ən optimal yol olduğunu vurğulayıb. O, əlavə edib ki, bu yanaşma müqəddəs dəyərlərə hörmətlə yanaşmaqdan və ifadə azadlığı prinsiplərini qoruyub saxlamaqla başqalarının hüquqlarını təmin etməkdən ibarətdir. Əl-Malik təşkilata üzv dövlətlərdəki Milli Komissiyalardan bir neçə təklif aldıqdan sonra seminarın işinə uğurlar arzulayıb.




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Dünya