USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Gürcüstan XİN başçısı Ermənistanın Bakı-Tbilisi-Ceyhan kəmərinə zərbə endirmək cəhdinə münasibət bildirib


  • Dünya
  •  13:45 08.10.2020
  •  271
https://img.baki-baku.az/news/2020/10/photo_1328.jpg

"Strateji obyektlər regionun təhlükəsizliyinin təminatıdır, ona görə də hər kəs onların normal fəaliyyətində maraqlı olmalıdır".

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın xarici işlər naziri David Zalkaliani erməni silahlı birləşmələrinin Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə zərbə endirməyə cəhd göstərməsi ilə əlaqədar Azərbaycan Baş Prokurorluğunun yaydığı bəyanata münasibət bildirərkən belə deyib.

Nazir qeyd edib ki, bu cür strateji obyektlərin hərbi təhlükə altına qoyulmaması çox vacibdir: “Bakı-Tbilisi-Ceyhan neft kəmərinin hər hansı hərbi təsirə məruz qalmaması vacibdir, bu, həm region, həm də regiondan kənar strateji önəm daşıyan bir obyektdir. Strateji obyektlər regionun təhlükəsizliyinin təminatıdır. Ona görə də hər kəs onların normal fəaliyyətinə təhlükə yaratmamaqda maraqlı olmalıdır. Əlbəttə, Cənubi Qafqazdakı strateji əhəmiyyətli layihələr bizim ən böyük maraq sahəmizdir və biz davamlı olaraq bu istiqamətdə monitorinqlər aparırıq. Biz regiondakı tərəfdaş ölkələrlə, xüsusilə də bu layihələrin ərazisindən keçdiyi ölkələrlə, həmçinin strateji tərəfdaşlarımızla, ABŞ və Avropa İttifaqı ilə bu istiqamətdə danışırıq”.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya