USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq


  • Dünya
  •  19:16 03.07.2024
  •  48
https://img.baki-baku.az/news/2024/07/photo_13184.jpg

İyulun 2-də futbol üzrə Avropa çempionatı çərçivəsində millimizlə Avstriya yığması arasında keçirilən oyundan sonra UEFA-nın futbolçumuz Merih Demirala qarşı intizam araşdırması açması qəbuledilməzdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

“Almaniya Federal Konstitusiyanı Mühafizə Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda “bozqurd” işarəsi göstərən hər kəsin ifrat millətçi kimi qiymətləndirilmədiyinin vurğulandığı və “bozqurd” işarəsinin Almaniyada qadağan edilmiş bir simvol olmadığı halda, Almaniya səlahiyyətliləri tərəfindən Demirala göstərilən reaksiyalar birbaşa ksenofobiya kimi qiymətləndirilir”, - deyə bəyanatda qeyd edilib.

Türkiyə XİN idman müsabiqələrində sevinc nümayişi zamanı tarixi və mədəni simvolun heç kimi hədəf almayacaq şəkildə istifadəsinə siyasi məqsədlərlə verilən reaksiyaları qınadığını bəyan edib.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Dünya