USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Filippində denge qızdırması pik həddinə çatıb


  • Dünya
  •  11:48 01.07.2024
  •  56
https://img.baki-baku.az/news/2024/07/photo_13137.jpg

Filippində bu il yanvarın 1-dən iyunun 15-dək denge qızdırmasından ölənlərin sayı 205-ə çatıb. Ölkənin Səhiyyə Departamenti xəstəliyin artması ilə bağlı xəbərdarlıq edib.

Sinxua agentliyi xəbər verir ki, ilin əvvəlindən ölkə üzrə ümumilikdə 77 min 867 nəfər bu xəstəliyə yoluxub və keçən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artım qeydə alınıb.

Səhiyyə katibi Teodoro Herbosa mübarizə üçün gec olmadığını vurğulayaraq bununla bağlı tədbirlər görməyin vacibliyini vurğulayıb. O, həmçinin yerli hakimiyyət orqanlarını ağcaqanadların çoxaldığı yerlərin axtarışı və məhv edilməsi kimi mühüm vəzifəni həyata keçirməyə çağırıb.

Qeyd edək ki, mayın 29-da Filippində yağışlar mövsümü başlayıb. Dəyişən hava şəraiti, daşqınlar və çirklənmiş suyun yığılması səbəbindən su ilə ötürülən infeksion xəstəliklər kimi, denge qızdırması da pik həddə çatıb.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Dünya