USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vladimir Putin: "Hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır"


  • Dünya
  •  13:10 07.10.2020
  •  293
https://img.baki-baku.az/news/2020/10/photo_1306.jpg

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi zonasıdakı vəziyyəti şərh edib.

APA-nın Moskva müxbirinin “Rossiya 24” kanalına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən narahat olduğunu bildirib: “Biz çox narahatıq. Ona görə ki, həm Azərbaycan, həm Ermənistan, Dağlıq Qarabağ- bütün bu ərazilər, haradakı bizə yad olmayan insanlar yaşayır. Söyləmək kifayətdir ki, bizim hesablamalarımıza görə, Rusiyada iki milyona yaxın azərbaycanlı, iki milyondan çox erməni yaşayır. Çoxlu sayda Rusiya vətəndaşı hər iki ölkə ilə dostluq, hətta qohumluq münasibətlərinə malikdir. 

Əlbəttə ki, bu böyük faciədir. İnsanlar həlak olur, hər iki tərəfdən itkilər var". 

Putin qeyd edib: "Ümid edirik ki, ən yaxın zamanda bu münaqişə bitəcək.  Əgər bu münaqişə tamam bitməsə, görünən odur ki, buna hələ çox var. Lakin bütün hallarda biz atəşi dayandırmağa çağırırıq. Bunu ən qısa müddətdə etmək lazımdır.

Məlumdur ki, Ermənistan KTMT-nin üzvüdür. Bizim bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəliklərimiz var. Lakin hərbi əməliyyatlar, təəssüflər olsun ki, hələ də davam edir, amma Ermənistan ərazisində aparılmır".




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya