USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransada partiyalar Makrona qarşı birləşməyə çağırılır


  • Dünya
  •  10:37 10.06.2024
  •  62
https://img.baki-baku.az/news/2024/06/photo_12896.png

Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippo ölkə partiyalarını yeni parlament seçkilərində vahid blokda birləşməyə çağırıb. O, X sosial şəbəkəsində yazıb ki, üçüncü dünya müharibəsindən qaçmaq üçün bunu etmək lazımdır.

“Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyanı buraxıldığını elan etdi, lakin səsverməni cəmi üç həftəyə təyin etməklə mahiyyəti ilə bağlı bütün müzakirələrə son qoymaq istəyir! Üçüncü dünya müharibəsi və Avropa İttifaqının dövlətə çevrilməsi fransızlar üçün əsl müzakirəyə layiq mövzulardır”, - deyə siyasətçi vurğulayıb. 

Filipponun fikrincə, yeganə çıxış yolu seçkilərdə Makronun irəli sürdüyü qərarlara qarşı çıxacaq Suveren Blok yaratmaqdır.

Daha əvvəl Vətənpərvərlər Partiyasının lideri Makronun Ukrayna ərazisinə hərbi təlimatçı göndərməyə hazır olan ölkələrin koalisiyasının yaradılması ilə bağlı sözlərini tənqid edib. Siyasətçi əmindir ki, Avropa İttifaqı və NATO üçüncü dünya müharibəsinə doğru tələsir.

P.ƏMİRCANOV




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Dünya