USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qərb Ukraynaya zərbə şansı verir


  • Dünya
  •  12:21 08.06.2024
  •  58
https://img.baki-baku.az/news/2024/06/photo_12886.jpg

Fransada müttəfiqlərin Normandiya sahillərinə desant çıxar­masının 80 illiyi qeyd olunur. Rusiyanın dəvət olunmadığı təd­birdə Qərb ölkələrinin liderləri iştirak ediblər. Ənənəvi siyasi bəyanatlar səsləndirildi, ancaq ən yadda qalan bəyanatı ABŞ prezidenti Cozef Bayden verdi. Ağ evin sahibi Ukraynanın xü­susən də Moskvanı bombalamasına qarşı olduğunu bildirdi. 

Çərşənbə günü səhər sa­atlarında Bretani əyalətinin Plümelek şəhərində bir sıra yubiley mərasimləri keçiri­lib. Orada 1944-cü il iyunun 5-də bu şəhərdə alman qo­şunlarına birgə hücum edən və bununla da müttəfiqlərin Normandiyaya desant enişi olan “Overlord” əməliyyatını hazırlayan fransız yeraltı dö­yüşçülərinin və Britaniya xü­susi təyinatlılarının xatirəsini yad ediblər. Yüksək vəzifəli qonaqlar Fransaya yalnız cümə axşamı, iyunun 6-da gəlməyə başlayıblar. Anım tədbirləri digər şəhərlərdə də keçirilir. Tədbilərdə həmişə olduğu kimi, 6 iyun 1944-cü il hadisələrinin ildönümündə də siyasi bəyanatlar verilir.

Öncə Fransa preziden­ti Emmanuel Makron çıxış edib. O, çıxışında Fransa istehsalı “Mirage-2000” qı­rıcılarının Ukraynaya təhvil veriləcəyini açıqlayıb. Makro­nun sözlərinə görə, Fransa bu təyyarələr üçün ukraynalı pilotların hazırlanmasını da öz üzərinə götürəcək. Təlim Fransada keçiriləcək. Bun­dan əlavə, Fransa prezidenti ukraynalı əsgərlərdən ibarət “Fransız briqadası” yarat­maq niyyətində olduğunu da açıqlayıb: “Fransa 4500 ukraynalı əsgərin təlim və geyimlə təmin olunmasını öz üzərinə götürəcək”. Makron, həmçinin vurğulayıb ki, Uk­raynada sülh danışıqlar yolu ilə əldə edilməlidir, lakin “bu məqam hələ çatmayıb, çünki Rusiya irəliləməkdə davam edir”. Fransa prezidenti, eyni zamanda, təsdiqləyib ki, Uk­rayna Fransanın raketləri ilə Rusiya ərazisindəki hərbi hə­dəflərə zərbələr endirə bilər, lakin “mülki əhali hədəfə alın­mamalıdır”. Onun sözlərinə görə, Fransa sülh tərəfdarıdır, lakin “sülh Ukraynanın kapi­tulyasiyası demək deyil”.

Normandiyada ABŞ pre­zidenti Co Bayden də vacib siyasi bəyanatla çıxış edib. Amerikalı əsgərlərin dəfn olunduğu qəbiristanlıqda ABC televiziyasına verdiyi canlı müsahibədə o, Ukraynanın Qərbin təchiz etdiyi silahlar­dan istifadə etməsi ilə bağlı mövqeyini açıqlayıb: “Biz Ru­siyanın 200 mil dərinliyində zərbələrə icazə vermirik və Moskvaya, Kremlə zərbə en­dirməyə icazə vermirik”. Mü­sahibə kontekstindən o qədər də aydın deyil ki, cənab Bay­den təkcə Amerika istehsalı olan silahlardan, yoxsa bütün xarici silahlardan danışıb. Si­yasi müşahidəçilərin fikrincə, Ağ evin sahibi çox güman ki, xarici silahlardan istifadəni nəzərdə tutub. 

Məsələ burasındadır ki, NATO-nun Qərb silahları ilə Rusiya ərazisinə zərbə en­dirmək məsələsi ilə bağlı bir­mənalı mövqeyi hələlik yox­dur. Yalnız Avropa Birliyinin ümumi bəyanatı var. Mayın 28-də Brüsseldə keçirilən Aİ ölkələrinin müdafiə və xarici işlər nazirlərinin görüşündə qərara alınıb ki, bütün Rusi­ya ərazisində qərb silahları ilə zərbələr endirmək müm­kündür, ancaq burada təc­hizatçı ölkələrin fərdi razılığı olmalıdır. Aİ-nin bu mövqeyi NATO-nun baş katibi Yens Stoltenberq raz salmayıb. O hesab edir ki, Rusiyaya qarşı hücumlara dövlət səviyyəsin­də sanksiya verilməlidir. İndi Co Bayden açıqlama verdi ki, Ukrayna ona izacə verilən məsafələrdəki mövqelərə zərbələr endirə bilər. 

Bundan başqa, ABŞ pre­zidenti telefon danışığı zama­nı Makronun təklif etdiyi Qərb təlimatçılarının Ukraynaya mümkün göndərilməsinin nəticələrindən narahatlığını bildirib. “Politico” qəzeti mən­bələrə istinadən xəbər verir ki, cənab Bayden Fransa lide­rinin ideyasını dəstəkləməyib. Co Bayden qorxur ki, Ukray­naya hər hansı NATO hərbçi­sinin göndərilməsi, hətta Uk­rayna ordusuna təlim keçmək belə Qərb qoşunlarının cəbhə xəttində qalması riskini daşı­yır. Ağ evin sahibi hesab edir ki, bu, münaqişənin genişlən­məsinə gətirib çıxara bilər. Qəzetin mənbələrinin bildir­diyinə görə, iki prezident ara­sında telefon danışığı heç bir qərar verilmədən başa çatıb. 

NATO-nun baş katibi Yens Stoltenberq də bildirib ki, alyans Ukraynaya hərbi personal göndərməyi planlaş­dırmır. İyunun 5-də ABŞ pre­zidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan da vurğulayıb ki, Vaşinqton Ukraynaya təlimatçılar və hərbi personal göndərmək niyyətində deyil. 

Rusiya isə Qərbin Ukray­naya yaxından kömək etmə­sinə qarşı olduğunu bildirir. Xüsusilə də Kremli Fransa prezidenti Emmanuel Makro­nun Ukraynadakı müharibədə “birbaşa iştirak”la bağlı açıqla­maları qəzəbləndirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Mosk­va bu bəyanatları həddən ar­tıq təxribatçı, qitədə gərginliyi artıran və müsbət heç nəyə şərait yaratmayan hesab edir: “Prezident Makron Kiyev reji­minə mütləq dəstəyi nüma­yiş etdirir və Fransanın hərbi münaqişədə birbaşa iştirak etməyə hazır olduğunu bə­yan edir”. Peskovun sözlərinə görə, Fransa prezidentinin bu bəyanatları “nəzərə alsaq ki, Fransa NATO üzvü, Avropa İttifaqının üzvü, böyük Avro­pa dövlətidir, o zaman xüsusi əhəmiyyət kəsb edir”.

S.ELAY




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Səbuhi MƏMMƏDOV