USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni bloger Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib "Dağlıq Qarabağda savaş uduzulub"


  • Dünya
  •  11:27 05.10.2020
  •  340
https://img.baki-baku.az/news/2020/10/photo_1287.jpg

Məşhur erməni bloqqer Tiqran Köçəryan Ermənistanın baş naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib.

AZƏRTAC xəbər verir ki, bloqqer özünün http://pigh.tv/?p=13 səhifəsində yerləşdirdiyi çağırışda Ermənistanın baş naziri Nikol Paşinyanı kəskin tənqid edərək, onu, faktiki olaraq Ermənistanın Dağlıq Qarabağ savaşında uduzmasında ittiham edib. O, Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək, Paşinyan hökumətinin Stepanakertdə (red. Xankəndi) rus hərbçilərinin olması barədə yalan şayiələr yaydığını iddia edib. Tiqran Köçəryan öz mənbələri vasitəsilə bu şayiələrin yalan olduğunu təsdiqləyib.

Bloqqer, həmçinin Dağlıq Qarabağın cənub cəbhəsində (red. Füzuli-Cəbrayıl istiqaməti nəzərdə tutulur) ermənilərin tam iflasa uğraması, yaralıları daşımaq üçün maşınların olmaması səbəbindən bir çoxunun ölməsi, cəbhənin şimal tərəfində (red. Ağdərə istiqaməti nəzərdə tutulur) isə döyüşlərə cəlb olunmuş muzdluların Azərbaycanın artilleriya həmləsinə tab gətirməyərək qaçması barədə yazıb. Ən maraqlısı isə, Tiqran Köçəryanın Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham etməsidir. Tiqran Köçəryan anlayır ki, bunun nəticəsində Ermənistanın şəhərlərini işğal olunmuş Xankəndinin bombalanması kimi aqibət gözləyə bilər.




Redaktorun seçimi

Milli neft şirkətinin yüksəliş marafonu
  • İqtisadiyyat
  • 11:36 10.05.2024
Milli neft şirkətinin yüksəliş marafonu
İrəvanda revanşistlərin son çapalamaları
  • Daxili siyasət
  • 11:15 10.05.2024
İrəvanda revanşistlərin son çapalamaları
Qara fikirlərə işıq salan cavab
  • Daxili siyasət
  • 10:14 09.05.2024
Qara fikirlərə işıq salan cavab

Dünya