USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Starliner” gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib


  • Dünya
  •  11:06 07.06.2024
  •  66
https://img.baki-baku.az/news/2024/06/photo_12865.jpg

Göyərtəsində astronavtlar (61 yaşlı Batç Uilmor və 58 yaşlı Sani Uillyams) olan “Boeing” şirkətinin ilk pilotlu “Starliner” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla birləşib.

Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) xəbər verir ki, dok manevri planlaşdırılan vaxtdan 80 dəqiqə gec başa çatıb. Gecikməyə səbəb kosmik kapsulun hərəkət sistemində yaranan problemlər olub. NASA-nın canlı yayımda olan şərhçisi qeyd edib: “Başlanğıcdan sonra daha iki sızma baş verdi. Hansısa məqamda manevr üçün istifadə edilən 28 korreksiyaedici ucluqdan beşi uğursuz oldu. Lakin sonradan beş hərəkətverici ucluqdan dördü yenidən işləməyə başladı ki, bu da BKS ilə uğurlu birləşməyə imkan verdi”.

“Boeing” korporasiyası göyərtəsində iki amerikalı astronavtla birlikdə “Starliner” kosmik gəmisini üçüncü cəhddən sonra BKS-ə göndərib. İyunun 5-də cihaz Florida ştatının Kanaveral burnundan “United Launch Alliance Atlas V” daşıyıcı raketindən istifadə etməklə buraxılıb.

Astronavtlar təxminən bir həftə stansiyada qalacaqlar. NASA bildirir ki, buraxılışın məqsədi kosmik gəminin sonradan stansiyaya və Yerə müntəzəm və təhlükəsiz uçuşlar həyata keçirə bilməsi üçün sertifikatlaşdırılmasıdır.

“Starliner”in kosmosa buraxılması üçün ilk cəhd mayın 6-da, ikincisi isə iyunun 1-də baş tutub. Onların hər ikisi texniki problemlərə görə ləğv edilib. Bu kosmik gəmi 2014-cü ildən dövlət-özəl tərəfdaşlığı çərçivəsində və NASA ilə müqavilə əsasında “Boeing” tərəfindən hazırlanıb.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Dünya