USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İranda prezidentliyə namizədlərin qeydə alınması başa çatır


  • Dünya
  •  10:57 03.06.2024
  •  102
https://img.baki-baku.az/news/2024/06/photo_12784.jpg

İyunun 3-də yerli vaxtla saat 18:00-da İranda prezidentliyə namizədliyə iddiaçıların qeydə alınması prosesi başa çatır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirilir ki, bu günədək 37 iddiaçı qeydə alınıb. Onların arasında İran hakimiyyətinin tanınmış siyasi və dövlət xadimləri Mahmud Əhmədinejat, Səid Cəlili və Əli Laricaninin də adları var.

İddiaçılar Daxili İşlər Nazirliyi və Nəzarət Şurası tərəfindən araşdırıldıqdan sonra qeydə alınacaq. İyunun 12-27-dək seçkiqabağı kampaniya olacaq. İyunun 28-də isə növbədənkənar prezident seçkiləri keçiriləcək.

Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, ən çox səs toplayan iki namizədin iştirakı ilə iyulun 5-də seçkilərin ikinci turu keçiriləcək.

İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.

Qeyd edək ki, İran tarixində 14-cü prezident seçkiləri mayın 19-da Prezident İbrahim Rəisinin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar keçirilir.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Dünya