USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiya və Qazaxıstan ticarət-iqtisadi əlaqələri müzakirə ediblər 


  • Dünya
  •  15:33 31.05.2024
  •  79
https://img.baki-baku.az/news/2024/05/photo_12759.jpg

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə telefonla danışıb. Söhbət zamanı iki ölkənin ticarət-iqtisadi, enerji və nəqliyyat-logistika sahələrində qarşılıqlı fəaliyyəti müzakirə edilib. Məlumatı mayın 31-də “İzvestiya.ru” verib. 

“Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub. Ticarət-iqtisadi, energetika və nəqliyyat-logistika sahələrində qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə edilib”, - Kremlin mətbuat xidmətinin saytında yerləşdirilən məlumatda deyilir.

Bundan əlavə, iki lider Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının Astanada keçiriləcək iyul iclasına hazırlıq mövzusuna da toxunub. Putin və Tokayev digər dövlətlərin nümayəndələri ilə təmasların nəticələrinə dair qiymətləndirmələrini də bir-biri ilə bölüşüblər.

P.ƏMİRCANOV
XQ




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Dünya