USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etmək niyyətində deyil


  • Dünya
  •  12:26 21.05.2024
  •  56
https://img.baki-baku.az/news/2024/05/photo_12530.jpg

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyası müxalifətin etiraz aksiyaları fonunda baş nazir Nikol Paşinyanın istefası və ya növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanlarını müzakirə etmək niyyətində deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə partiyanın sədr müavini, parlamentin deputatı Vaaqn Aleksanyan brifinqdə bildirib.

“Növbədənkənar parlament seçkiləri gündəmdə yoxdur, hətta müxalifət öz mandatlarından imtina etsə belə, bu, növbədənkənar seçkilərə səbəb olmayacaq”, - deyə o qeyd edib.

Baş nazirin impiçment prosesinin başlaması ilə bağlı müxalifətin bəyanatına toxunan Aleksanyan deyib ki, onlar prosesi başlada bilməyəcəklər. Bu, baş tutsa belə, heç bir nəticə verməyəcək.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Dünya