USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

KİV nümayəndələrinin dinc mitinqlərdə fəaliyyət qaydaları təsdiqlənib


  • Dünya
  •  11:57 18.08.2020
  •  288
https://img.baki-baku.az/news/2020/08/photo_124.jpg

Qazaxıstanda icazəli mitinqlərdə jurnalistlərin fəaliyyət qaydaları təsdiqlənib. Jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirməsinə mane olan şəxslər Qazaxıstan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

AZƏRTAC xəbər verir ki, ölkənin İnformasiya və İctimai İnkişaf naziri dinc toplantılarda iştirak edən jurnalistlərin fəaliyyət qaydalarını, fərqləndirici nişanlarını, xüsusi geyim formalarını təsdiqləyən əmr imzalayıb.

Əmrə əsasən, jurnalist dinc yığıncaqlarda kütləvi informasiya vasitələri üçün məlumat və materialların toplanması, hazırlanması üzrə fəaliyyət göstərməklə ölkə qanunvericiliyində nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələr daşıyır.

Dinc yığıncaqlarda məlumatların və materialların yığılması, emalı və hazırlanması üzrə fəaliyyətini yerinə yetirərkən jurnalistin üzərində xidməti vəsiqəsi, habelə bir və ya bir neçə fərqləndirici nişan olmalıdır.

Qeyd edək ki, bu il iyunun 6-da “Qazaxıstan Respublikasında dinc mitinqlərin təşkili və keçirilməsi qaydası haqqında” Qanun qüvvəyə minib. Qanuna əsasən, təşkilatçı mitinq, toplantı və ya piket keçirmək üçün beş iş günü ərzində akimatı (qubernatorluğu) məlumatlandırmalıdır.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya