USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Moskvada hərbi parad keçirilir


  • Dünya
  •  12:39 09.05.2024
  •  116
https://img.baki-baku.az/news/2024/05/photo_12323.jpg

Moskvanın Qırmızı Meydanında Faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə hərbi parad keçirilir.

AZƏRTAC xəbər verir ki, paradda 9 mindən çox insan, 70-dən çox hərbi texnika iştirak edir. Piyada kolonnanın tərkibinə qoşun növləri və hərbi ixtisas üzrə alaylar, batalyonlar və rotalar, Suvorov, Naximov, kadet və musiqi məktəblərinin, gənclər ordusunun üzvləri, qadın hərbi qulluqçuları, kazaklar və birləşmiş hərbi orkestr daxildir. Parada Rusiya Quru Qoşunlarının Baş Komandanı, ordu generalı Oleq Salyukov rəhbərlik edir. Paradı Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu qəbul edir.

Qırmızı Meydanın qarşısındakı tribunada Rusiya Prezidenti Vladimir Putin, səkkiz ölkənin, o cümlədən Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Laos, Qvineya-Bisau və Kuba liderləri, habelə müharibə veteranları yer alıblar.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Dünya