USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan yenidən Qazaxla sərhəddə olub


  • Dünya
  •  15:17 24.04.2024
  •  105
https://img.baki-baku.az/news/2024/04/photo_12119.jpg

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş bölgəsində icma rəhbərləri ilə 5 saat davam edən qapalı görüş keçirib. 

Bu barədə “Hraparak” nəşri məlumat verib. 

Görüşdə iştirak edənlər yeni ərazilərin də Azərbaycana təhvil verilə biləcəyini yazıb: “Paşinyan kəndləri qaytarmayacaqları təqdirdə müharibənin olacağını bildirib. Görüşdə kənd rəhbərləri Paşinyandan soruşublar ki, 4 kəndin verilməsindən sonra müharibə təhlükəsi aradan qalxacaqmı? Baş nazir isə belə zəmanətin olmadığını deyib. Qeyd edib ki, hadisələr bütün ssenarilər üzrə inkişaf edə bilər, Ermənistan maksimum müharibədən qaçmalıdır. İcma rəhbərləri təklif edib ki, delimitasiya proporsional qaydada aparılsın, Azərbaycan da Ermənistan ərazilərini (?) qaytarsın. Paşinyan cavab verib ki, hazırda bu, məqbul variant deyil, Azərbaycan bunu qəbul etməyəcək”, – nəşr yazır.

Nəşr qeyd edir ki, görüşdə iştirak edən icma rəhbərləri Azərbaycana yeni ərazilərin də təhvil veriləcəyini düşünürlər.




Redaktorun seçimi

Milli neft şirkətinin yüksəliş marafonu
  • İqtisadiyyat
  • 11:36 10.05.2024
Milli neft şirkətinin yüksəliş marafonu
İrəvanda revanşistlərin son çapalamaları
  • Daxili siyasət
  • 11:15 10.05.2024
İrəvanda revanşistlərin son çapalamaları
Qara fikirlərə işıq salan cavab
  • Daxili siyasət
  • 10:14 09.05.2024
Qara fikirlərə işıq salan cavab

Dünya