USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Finlandiya Prezidenti Rusiya ilə sərhədin bağlanması qərarını dəstəkləyib


  • Dünya
  •  14:19 06.04.2024
  •  82
https://img.baki-baku.az/news/2024/04/photo_11897.jpg

Finlandiya Prezidenti Aleksander Stubb ölkə hökumətinin Rusiya ilə sərhəddə keçid məntəqələrini müddətsiz bağlamaq qərarını dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, Aleksander Stubb Yle telekanalına müsahibəsində şərq sərhədini bağlı saxlamaq qərarının düzgün olduğunu deyib. Onun sözlərinə görə, sərhəd keçidləri qaçqınlarla bağlı vəziyyətin idarəolunmaz həddə çatmasına yol verməmək məqsədilə bağlanıb və hökumətin bu addımı xaosdan yayınmağa kömək edib.

Qeyd edək ki, aprelin 4-də Finlandiya Nazirlər Kabineti Rusiya ilə sərhəddəki keçid məntəqələrinin fəaliyyətinin qeyri-müəyyən müddətə qədər dayandırılması barədə qərar qəbul edib. Həmin keçidlər 2023-cü il noyabrın sonunda qaçqınların ölkəyə nəzarətsiz daxil olmasının qarsısın almaq üçün bağlanmışdı.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Finlandiyanın sərhəd keçidlərini bağlamaq qərarının Avropada yeni ayırıcı xətlər yaratdığını vurğulayıb və bildirib ki, Moskvanın cavabı idarələrarası formatda hazırlanaraq veriləcək.




Redaktorun seçimi

Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Dünya