USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiya XİN: Bu ay Fransa Ukraynaya 1500 hərbçi göndərə bilər


  • Dünya
  •  16:29 03.04.2024
  •  80
https://img.baki-baku.az/news/2024/04/photo_11849.jpg

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 3-də bildirib ki , təxminən 1500 nəfərdən ibarət Fransa ordusu bu ay ərzində Ukraynaya göndərilmək üçün hazır ola bilər. Məlumatı “İzvestiya.ru” yayıb.

O qeyd edib ki, Fransanın hərbi kontingent hazırlaması ilə bağlı yeni məlumatlar ortaya çıxır: “Bu məqsədlər üçün Fransa Xarici Legionunun komandanlığı martın əvvəlində təxminən 1,5 min nəfərdən ibarət batalyon taktiki qrupunun tərkibini təsdiqləyib. Gözlənilir ki, apreldə qrup Ukrayna hərbi əməliyyatlar teatrına sürətlə yerləşdirilmək üçün tam döyüş hazırlığı vəziyyətinə gətiriləcək”.

Bundan əvvəl, martın 19-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirmişdi ki, Fransa Ukraynaya göndərilmək üçün öz hərbi kontingentini hazırlayır, ilkin mərhələdə bu, təxminən 2 min nəfər təşkil edəcək. Onun sözlərinə görə, Fransa hərbi birliyi “Rusiya Silahlı Qüvvələrinin hücumları üçün prioritet qanuni hədəfə” çevriləcək.

 

P.ƏMİRCANOV

 




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Dünya