USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Putin gələcəkdə bilavasitə Rusiya ilə NATO arasında münaqişəni istisna etməyib


  • Dünya
  •  11:04 18.03.2024
  •  55
https://img.baki-baku.az/news/2024/03/photo_11706.jpg

Rusiyanın hazırda fəaliyyətdə olan dövlət başçısı, prezidentliyə namizəd Vladimir Putin prezident seçkiləri üzrə səsvermənin başa çatmasından sonra özünün seçki qərargahına gəlib və orada jurnalistlərin suallarını cavablandırıb.

AZƏRTAC xəbər verir ki, Ukrayna münaqişəsindən bəhs edən V.Putin qeyd edib ki, Rusiya hakimiyyəti Belqorod vilayətində yaranmış vəziyyətlə əlaqədar Ukraynaya bitişik ərazilərdə “müəyyən sanitar zona” yaratmağa məcbur ola bilər. O, həmçinin gələcəkdə bilavasitə Rusiya ilə NATO arasında münaqişəni istisna etməyib, hərçənd, siyasətçinin sözlərinə görə, heç kim bu addımın atılmasında maraqlı deyil.

Müxalifətçi Aleksey Navalnı haqqında sualı cavablandıran V.Putin qeyd edib ki, onun ölümü “kədərli hadisədir”. O bildirib ki, Navalnını bir daha Rusiyaya qayıtmamaq şərti ilə Qərbdəki məhbuslarla dəyişdirməyə hazır idi.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva




Redaktorun seçimi

Ankaradan dünyaya yeni düzən mesajları
  • Daxili siyasət
  • 14:07 18.05.2024
Ankaradan dünyaya yeni düzən mesajları
Balasanyan üçün Bakı həbsxanası
  • Daxili siyasət
  • 12:34 18.05.2024
Balasanyan üçün Bakı həbsxanası
Şimal–Cənub dəhlizinin Astara qapısı
  • İqtisadiyyat
  • 12:30 18.05.2024
Şimal–Cənub dəhlizinin Astara qapısı
Fransanın imperialist iddiaları həddini aşır
  • Daxili siyasət
  • 11:18 17.05.2024
Fransanın imperialist iddiaları həddini aşır
Dincliyi pozan kim oldu?
  • Siyasi təhlil
  • 09:30 17.05.2024
Dincliyi pozan kim oldu?

Dünya