USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hindistan dini azlıqlara vətəndaşlıq verir

Müsəlmanlar isə yenə yad sayılırlar


  • Dünya
  •  11:57 14.03.2024
  •  95
https://img.baki-baku.az/news/2024/03/photo_11652.jpg

Hindistanda vətəndaşlıq haqqında qanuna 5 il əvvəl qəbul edilmiş düzəlişlər qüvvəyə minib. Bu o deməkdir ki, əvvəllər Pakistan, Banqladeş və Əfqanıs­tanda yaşamış dini azlıqlar - hindular, siqhlər, caynlar, buddistlər və xris­tianlar asanlıqla Hindistan vətəndaşlığını ala bilərlər. Problem ondadır ki, 2019-2020-ci illərdə müsəlmanlar bu qanunu ayrı-seçkilik hesab edirdilər və bu, ölümlə nəticələnən icmalararası toqquşmalara səbəb olurdu. Belə hadisələrin qarşısını almaq üçün Dehlidə və çox sayda müsəlmanın yaşadı­ğı digər şəhərlərdə polis küçələrdə əlavə patrul dəstələri yerləşdirib.

“Reuters” yazır ki, qanun müsəl­manların çoxluq təşkil etdiyi Cənubi Asiya ölkələrindən 2015-ci ilin əvvəlin­dən qabaq dini təqiblərdən Hindistana gələn dini icmaların nümayəndələrinə Hindistan vətəndaşlığının verilməsini nəzərdə tutur. Hökumət yeni küçə dö­yüşlərinə səbəb ola biləcəyindən ehti­yat edərək qanunun icrasını gecikdirir­di. İnsan haqları və müsəlman fəallar qanunun ölkənin 200 milyonluq müsəl­manı üçün qeyri-bərabər mövqe yara­dacağını deyirlər. Bəzi sərhəd əyalətlə­rində, məsələn, Assamda müsəlmanlar özləri heç bir sənəd olmadan Hindista­na köçmüşdülər. İndi bu insanlar de­portasiya oluna biləcəyindən qorxurlar. Hökumət kiminsə vətəndaşlığını əlin­dən almaq planlarını inkar edir və beş il əvvəlki etirazlarda təxribatçıların əli olduğunu vurğulayır. Daxili İşlər Nazir­liyindən bildirilib ki, heç kim vətəndaş­lıqdan məhrum edilməyəcək.

Bu qanunun qüvvəyə minməsi­nin aprel-may aylarında keçiriləcək parlament seçkiləri ilə bağlı olduğunu hökumətin özü də inkar etmir. Baş na­zir Narendra Modinin sözçüsü hakim Bharatiya Janata Partiyasının (BJP) qanunun icrasını hələ 2019-cu ildə seçki manifestinə daxil etdiyinə diqqət çəkib. Əhali arasında aparılan sorğular N.Modinin parlament seçkilərində qa­lib gələcəyini göstərir. Əsas müxalifət partiyası olan Hindistan Milli Konqresi (INC) qanunun müsəlmanlarla hindular arasında, xüsusən də müsəlmanların yaşadığı Assam və Qərbi Benqal kimi əyalətlərdə gərginliyi daha da artıra­cağını bildirib. Bu ştatlarda əvvəllər də qanuna qarşı etirazlar keçirilib. 

TASS-ın yazdığına görə, Qərbi Benqalın baş naziri Mamata Banerji bildirib ki, hakim BJP partiyası siyasi xal toplamaq üçün yenidən vətəndaşlıq qanununu qəbul edib: “Amma icazə ve­rin açıq deyim - sağ olduğum müddət­cə Benqalda buna (qanunun tətbiqinə -red.) icazə verməyəcəyəm”. Hindistan Kommunist Partiyasının rəhbərlik etdiyi cənub Kerala əyaləti də mübahisələr­dən kənarda qalmayıb. Ştatın baş nazi­ri Pinarayi Vijayan hökumətin məqsədi­nin icmalararası qarşıdurmanı artırmaq və konstitusiyanın dünyəvi mahiyyətini sarsıtmaq olduğunu bildirib. 

S.ELAY




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Səbuhi MƏMMƏDOV