USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Argentina Prezidentini ölümlə hədələyən şəxs saxlanılıb


  • Dünya
  •  12:22 18.01.2024
  •  86
https://img.baki-baku.az/news/2024/01/photo_10685.jpg

Argentina Prezidenti Xavyer Mileyi öldürməklə və hökumət binalarını partlatmaqla hədələyən 48 yaşlı kişi polis tərəfindən saxlanılıb.

"Infobae" portalı bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Rafael Kastilyo adlı şəxs 911 qaynar xəttinə beş dəfə zəng edərək ölkə rəhbərini öldürməklə, həmçinin prezident administrasiyasının və parlamentin binalarını partlatmaqla hədələyib.

Polis şübhəlinin mənzilində axtarış aparıb və onu saxlayıb. Hazırda psixiatr müayinəsinə göndərilən şəxs “cəmiyyəti qorxutmaq” maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, dekabrın 10-da vəzifəsinin icrasına başlayan Argentinanın yeni Prezidenti Xavyer Miley dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyətin kritik olduğunu etiraf edib və iqtisadiyyatda şok tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Bir neçə gün sonra isə dolların rəsmi məzənnəsi 366 pesodan 800 pesoya qaldırılıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Dünya