USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bayden Ukrayna və İsrailə yardımı müzakirə edəcək


  • Dünya
  •  10:36 17.01.2024
  •  79
https://img.baki-baku.az/news/2024/01/photo_10651.jpg

Bu gün ABŞ Prezidenti Co Bayden Ukrayna və İsrailə yardım, eləcə də digər milli təhlükəsizlik tədbirləri üçün milyardlarla dollar maliyyə ayrılmasını müzakirə etmək üçün Ağ Evdə Konqres liderləri ilə görüşəcək. Bu barədə “The Hill” istinadən “İnterfaks.ru” xəbər verib.

“Prezident sabah Senat və Nümayəndələr Palatasının liderlərini, həmçinin əsas komitə rəhbərlərini və yüksək vəzifəli üzvlərini Ağ Evdə qəbul edəcək, onun milli təhlükəsizliklə bağlı əlavə tələblərinin mühüm əhəmiyyət daşıdığını bəyan edəcək”, - deyə Ağ Evin mətbuat katibi Karine Jean-Pyer jurnalistlərə bildirib.

İclasda Senatın Demokrat və Respublikaçı liderləri Çak Şumer və Mitç Makkonel, Nümayəndələr Palatasının spikeri Mayk Conson və Nümayəndələr Palatasındakı Demokratlar Partiyasının lideri Xakim Cefrisin iştirak edəcəyi gözlənilir.

Mətbuat katibinin qeyd etdiyi kimi, bu məsələlərlə bağlı ikitərəfli danışıqlar davam edir və Ağ Ev danışıqların “düzgün istiqamətdə getdiyinə” inanır.

Bu arada ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan çərşənbə axşamı təklif edib ki, ABŞ-ın Ukraynaya əlavə yardımı bir neçə həftə ərzində veriləcək.

P.ƏMİRCANOV




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Dünya