USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qazaxıstanda ölüm hökmü ləğv edilib


  • Dünya
  •  14:05 24.09.2020
  •  271
https://img.baki-baku.az/news/2020/09/photo_1058.jpg

Qazaxıstanın BMT yanında daimi nümayəndəsi Kayrat Umarov təşkilatın mənzil-qərargahında faktiki olaraq ölüm hökmünü ləğv edən ikinci fakültativ protokolu imzalayıb.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanın ölüm cəzasının ləğvinə dair beynəlxalq protokola qoşulacağını elə həmin gün Prezident Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi siyasi müzakirələrində çıxış edərkən bildirib.

Ötən ilin dekabrında Prezident Tokayev Qazaxıstan XİN-ə ölüm hökmünün ləğvi ilə bağlı sənədin ikinci fakültativ protokoluna qoşulmağa başlamağı tapşırmışdı.

XİN-in məlumatına görə, bu beynəlxalq sənədin imzalanması ölüm cəzasının əhatə dairəsinin tədricən daralmasına və cinayət qanunvericiliyinin humanistləşdirilməsinə yönəlmiş kursun davamıdır.

Məlumatda, həmçinin qeyd edilib ki, 2003-cü ildə ölkədə ölüm cəzasının tətbiqinə moratorium qoyulmuşdu.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya