USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

10 dünya dövləti Aleksandr Lukaşenkonun legitimliyini tanımır AÇIQLAMA


  • Dünya
  •  10:02 24.09.2020
  •  315
https://img.baki-baku.az/news/2020/09/photo_1050.jpg?v=MjAyMC0wOS0yNCAxMDoyNzo0Ng==

Polşa prezidenti Ancey Duda BMT Baş Assambleyasının 75-ci sessiyasındakı onlayn çıxışında dünya dövlətlərini Belarusdan insan hüquq və azadlıqlarını qorumağı tələb etməyə çağırıb. O bildirib ki, siyasi opponentlərə qarşı təqiblər, dinc nümayişçilərin saxlanılması, onlara güc tətbiqi, işgəncələrə məruz qoyulması yolverilməzdir. Belarus əhalisi öz müqəddəratını müəyyənləşdirmək hüququna malikdir. 

Kanadanın xarici işlər naziri Fransua-Filipp Şampan Aleksandr Lukaşenkonu gizli şəkildə andiçmə mərasimi keçirməkdə günahlandırıb. O vurğulayıb ki, özünü prezident elan edən şəxs hələ ölkənin demokratik yolla seçilmiş lideri demək deyil. Kanada XİN rəhbəri eyni zamanda Belarusda yeni şəffaf seçki keçirməyə çağırış edib. 

"ABŞ Aleksandr Lukaşenkonu qanuni seçilmiş dövlət başçısı kimi tanıya bilməz". Belə bir açıqlamanı ABŞ Dövlət Departamentinin mətbuat xidməti yayıb. Açıqlamada bildirilib ki, Belarusdakı 9 avqust seçkiləri azad keçirilməyib və ədalətli deyil. Elan edilmiş nəticələr isə saxtadır və legitimliyi əks etdirə bilməz. 

Qeyd edək ki, ABŞ və Ukraynadan başqa Avropa Birliyinin 8 üzv ölkəsi, o cümlədən Almaniya və Böyük Britaniya da Lukaşenkonun legitimliyini tanımayıb. 

Ukranyanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Lukaşenkonun innaqurasiyası onu qanuni seçilmiş prezident kimi tanımağa əsas vermir. Bu barədə o, özünün tvitterdəki hesabında yazıb. "Belarusda seçki kampaniyasının gedişini, sonrakı prosesləri və hazırkı durumu nəzərə alsaq, bu günkü "innaqurasiya" Lukaşenkonun Belarusun legitim dövlət başçısı olduğunu söyləməyə əsas vermir", - deyən D.Kuleba əlavə edib ki, Ukrayna heç vaxt, hər hansı formada Belarusun daxili işlərinə qarışmayıb və hər zaman Belarus xalqını dəstəkləyib.

"Baki-Baku.az"




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya