USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İlk türk astronavtın kosmosa uçuşu yanvarın 18-də baş tutacaq


  • Dünya
  •  14:36 07.01.2024
  •  67
https://img.baki-baku.az/news/2024/01/photo_10469.jpg

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilk türk astronavtı Alper Gezeravcının 2024-cü il yanvarın 18-də kosmosa gedəcəyini açıqlayıb.

Türkiyə KİV-i xəbər verir ki, Alper Gezeravcı kosmik missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək. Dörd nəfərdən ibarət “Ax-3” ekipajı ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən “SpaceX Dragon” kosmik gəmisi ilə “SpaceX Falcon 9” raketi ilə Beynəlxalq Kosmik Stansiyaya yola düşəcəklər.

Azərbaycan vaxtı ilə uçuş 18 yanvar saat 02:11-ə təsadüf edəcək.

Qeyd edək ki, Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək. Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır biologiya, tibb, materialşünaslıq və genetika kimi sahələrdə aparılacaq təcrübələrdən birinin Muş Elm və Sənət Mərkəzində tələbələr tərəfindən hazırlandığını açıqlayıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Dünya