USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sürətli "CVID-19" testləri - LAYİHƏ


  • Dünya
  •  08:59 24.09.2020
  •  267
https://img.baki-baku.az/news/2020/09/photo_1042.jpg

“Avstriya Hava Yolları” (AUA) sərnişinlərə sürətli koronavirus testləri təqdim etməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, “Lufthansa” konserni oktyabr ayında eyni prosesi həyata keçirəcək və bu konsernin tərkibinə daxil olan AUA da eyni imkanı öz sərnişinlərinə yaratmaq istəyir.

Aviaşirkətdən bildirilib ki, hazırda üç istehsalçının testləri nəzərdən keçirilir və rəsmi qurumlardan müvafiq icazə alındıqdan sonra testlərdən istifadə etmək mümkün olacaqdır.

AUA eyni zamanda sürətli testlərin sərnişinlər üçün pulsuz olmasını tələb edib, yəni test üçün xərclərin dövlət vəsaitinə təmin olunmasını istəyir.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) da uçuşlardan bilavasitə öncə sərnişinlər üçün sürətli testdən keçmə imkanının yaradılmasını istəyir. Bu yolla səfər edilən ölkədə karantin öhdəlikləri aradan qalxa və insanların təyyarə ilə səfərlərə marağı yenidən arta bilər.

Qeyd edilib ki, aviaşirkətlərə həmçinin testdən keçmək istəməyəni uçuşa buraxmamaq səlahiyyəti də verilməlidir.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya