USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

KİV: Baydenin yaxın günlərdə Ərdoğana zəng edəcəyi gözlənilir


  • Dünya
  •  11:50 11.12.2023
  •  78
https://img.baki-baku.az/news/2023/12/photo_10076.jpg

ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli münasibətləri müzakirə etmək üçün yaxın günlərdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng vura bilər.

“Hürriyet” qəzeti xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan hazırkı vəziyyətdə Cozef Baydenə zəng etməyəcəyini, lakin ABŞ Prezidentinin zəng edəcəyi təqdirdə onunla mövcud məsələlərin müzakirəsinə hazır olduğunu dəfələrlə bildirib. Ankaranın bu mövqeyi həm də Vaşinqtonun Qəzza sektorunda baş verənlərə münasibəti ilə bağlıdır.

Yaxın bir neçə gün ərzində Cozef Baydenin gözlənilən zəngi baş tutarsa, dövlət başçıları Yaxın Şərqdəki vəziyyəti, daimi atəşkəsi və hərbi əməliyyatlardan sonra Qəzza sektorunun statusunu müzakirə edəcəklər. Bundan əlavə, Türkiyəyə F-16 qırıcı təyyarələrinin satışı, həmçinin İsveçin NATO-ya üzvlüyü barədə məsələlərin də müzakirə olunacağı gözlənilir.

Nəşr qeyd edir ki, Ankara İsveçin NATO-ya üzvlüyünə qarşı deyil, lakin bu kontekstdə F-16 təyyarələri ilə bağlı müqavilənin təsdiqi məsələsində ABŞ Konqresindən müsbət addımlar gözləyir. Əgər bu məsələ amerikalı qanunvericilər tərəfindən razılaşdırılarsa, Türkiyə parlamenti çox güman ki, Stokholmun müraciətini təsdiqləyəcək.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Dünya