USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Koronavirusu aşkarlayan itlər - Dubay hava limanında onlardan istifadə edilir


  • Dünya
  •  11:11 17.08.2020
  •  277
https://img.baki-baku.az/news/2020/08/photo_100.jpg

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin beynəlxalq aeroportu koronavirusla mübarizəyə kinoloq və itləri cəlb etməyə başlayıb.

AZƏRTAC “Travel and Leisure” jurnalına istinadla xəbər verir ki, itlər koronavirus infeksiyasına yoluxan insanları iyləyərək tapacaq. Tədqiqatın nəticələri infeksiya ilə mübarizədə iybilmə qabiliyyətinin dəqiqliyinin 82 faiz olduğunu göstərib.

İybilmə qabiliyyəti çox kəskin olan itlər əsasən partladıcı maddə və narkotik vasitələrin axtarışında istifadə edilir.

İtlərə koronavirusu aşkar etmə bacarığının aşılanması ciddi və uzun sürən prosesdir. Bunun üçün laboratoriya, xüsusi avadanlıq və xəstə insanların təri lazımdır.

Dubay aeroportu yeni koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə itlərdən istifadə etmək qərarına gələn ilk hava limanıdır.

Qeyd edək ki, iyul ayından etibarən Dubay turistlər üçün açıq şəhər elan olunub. Bura səyahət etmək istəyən turistlər şəhərə gəlmədən 96 saat ərzində COVID-19 testi verməlidir.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya