USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İstanbul derbisi: “Qalatasaray” “Beşiktaş”a qarşı


  • İdman
  •  12:33 21.10.2023
  •  104
https://img.baki-baku.az/news/2023/10/photo_9181.jpg?v=MjAyMy0xMC0yMSAxMjo0ODozNA==

Bu gün futbol üzrə Türkiyə Superliqasında IX tura start veriləcək.

Turun mərkəzi qarşılaşması “Qalatasaray” və “Beşiktaş” komandaları arasında olacaq. “Rams Park” stadionunda keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Halil Umut Meler idarə edəcək.

Səkkiz turdan sonra “sarı-qarmızılılar” 22 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıblar. 16 xalı olan “ağ-qaralar” isə 4-cü sırada yer alıblar.

İlk oyun günündə derbi ilə yanaşı, “Kayserispor” – “Rizespor”, “Qaziantep” – “Antalyaspor” və “Konyaspor” – “Pendikspor” oyunları da keçiriləcək.

Qeyd edək ki, Türkiyə Superliqasında turnir cədvəlinə 8 turdan sonra maksimum nəticə (24 xal) ilə “Fənərbağça” başçılıq edir.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

İdman