USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İstanbulda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının iclası keçiriləcək


  • İdman
  •  19:30 05.10.2023
  •  100
https://img.baki-baku.az/news/2023/10/photo_8782.jpg

Oktyabrın 6-7-də Türkiyənin İstanbul şəhərində Avropa Olimpiya Komitəsinin 52-ci Baş Assambleyasının iclası keçiriləcək.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə MOK-un prezidenti Uğur Erdener, AOK-un prezidenti Spiros Kapralos, BOK-un prezidenti Tomas Baxın iştirak edəcəkləri iclasın ilk günündə “Paris–2024” Yay Olimpiya Oyunları, “Milano Kartina-2026” Qış Olimpiya Oyunları müzakirə olunacaq.

Həmçinin AOK-un “Strategiya Gündəliyi 2030” iştirakçılara təqdim olunacaq. BBundan əlavə, AOK Təşkilat Komitəsinin və BOK Təşkilat Komitəsinin hesabatları dinləniləcək.

Daha sonra 12-ci Pyotr Nurovski “Ən yaxşı avropalı gənc atlet” mükafatının və Avropa Olimpiya Komitəsinin Olimpiya Çələngi mükafatlandırılma mərasimi keçiriləcək.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın açılış nitqi ilə başlayacaq Assambleyanın ikinci günündə 3-cü Avropa Oyunları - “Krakov & Malopolska 2023”, məlumat və media, Avropa federasiyalarının və MOK-larının təcrübələri və gələcək tövsiyələri, qarşıdan gələn “Paris-2024” Yay Olimpiya Oyunları, Olimpiya Qaçqınlar Fondu, Olimpiya və Paralimpiya sponsorları, tibb və antidopinq kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev, Xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov da AOK-un 52–ci Baş Assambleyasının iclasında iştirak edəcəklər.

Baş Assambleyanın iştirakçılarına AOK-un prezidenti Spiros Kapralos, AOK-un Baş katibi Rafael Paqnozi tərəfindən hesabatlar da təqdim olunacaq.

AOK-un 2022-ci il maliyyə hesabatı, 2024-cü ilin büdcəsi, xarici auditorların təyinatı və AOK komissiyalarının hesabatları da iclasın gündəliyinə salınıb.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

İdman